Vətəninfo.az xəbər verir ki, Gürcüstanda ölkənin sabiq prezidenti Mixail Saakaşvili barəsində axtarış elan olunub. APA-nın “Qruziya-onlayn” saytına istinadən verdiyi xəbərə görə, o, Gürcüstan sərhədini keçən kimi saxlanılacaq. İyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. Sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, “İmedi” telekanalını viran edilməsilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb.
Bundan başqa, Gürcüstan Respublikası Baş Prokurorluğu onun 8,8 milyon lari (təxminən 5 milyon ABŞ dolları) miqdarında dövlət vəsaitini mənimsədiyini iddia edir. Saakaşvilinin adı həmçinin 2005-ci ildə Gürcüstan Parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilində çəkilir. Bu işin digər iştirakçısının isə keçmiş baş nazir Vano Merabişvilinin olduğu bildirilir.
Vətəninfo.az
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?