Gürcüstan prezidenti Mixail Saakaşvilinin ermənilərin yaşadığı Cavexetiya rayonuna səfəri zamanı skandal yaşanıb.
Erməni kilsəsini ziyarət etmək istəyən prezidentin qarşısını Çaklayan adlı erməni kəsib və ona ölkədə ermənilərin sıxışdırılmasından şikayət edib. Erməni dili, mədəniyyəti və s. məsələrdə ayrı-seçkilik edildiyini, həbslərin olduğunu deyən Çaklayan prezidenti ittiham etməkdən belə çəkinməyib: "Erməni ədəbiyyatı məktəblərdə tədris olunmur. Ovanes Tumanyanı, Vahan Teryanı öyrənmək kimə mane olur. Onlar Axalkalakidəndilər. Biz onlarla birlikdə fəxr etməliyik. Siz isə onların məktəblərdə tədrisinə mane olursuz. Niyə? Buna görə, məhkəməyə müraciət edəcəyik.
Saakaşvilinin ona cavabı sərt olur. Saakaşvili bəzi ermənilərin separatçı olduğunu və ona görə də həbs edilidiyini bildirir: "Altı maddə ilə həbsxanada yatmısan. Sənmi məni mühakimə edəcəksən? Səni həbsxanadan buraxanmı belə danışmağı tapşırıb? Sən Rusiya Baş Kəşfiyyat İdarəsinə işləmiş separatçısan və məni ittiham edə bilməsən".
Sərt cavabla üzləşən ermənilər isə dağılışaraq Saakaşvilinin əleyhinə şüarlar səsləndiriblər. Saakaşvili isə "belə separatçılar burada çox idi. İndisə onlar 5 nəfərdir. Ona görə ki, artıq Rusiya Baş Kəşfiyyat İdarəsi buradan çıxarılıb" deyib (Teleqraf.com).
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR