İyulun 3-də, saat 11-00-da ikinci Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin (Asif Yusif oğlu Məhərrəmov) anım tədbiri keçiriləcək. “Vətəninfo.az”a Rey Kərimoğlunun verdiyi məlumata görə, tədbirdə iştirak etmək istəyənlər tədbirə qatıla bilər.
Xatırladaq ki, Fred Asif 1952-ci il, iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın ermənilərlə həmsərhəd kəndlərində düşmənə qarşı döyüşüb. Sonralar isə hərbi hissə yaradaraq torpaqlarımızı erməni təcavüzündən müdafiə edib. Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub. 1992-ci ildə dekabrın 7-də Azərbaycanın Milli Qəhrəmanı adına, “Məhəmməd Əsədov Mükafatına” layiq görülüb.
Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. İyulun 3-də Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır.
Kamran
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR