Fevralın 21-də 28 MALL ticarət mərkəzinin 4-cü mərtəbəsində II Mövsümi turizm Yarmarkası keçiriləcək.
Vətəninfo.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyasıının təqdim etdiyi və 8 saat davam edəcək bu böyük tədbir proqramına Mirzə Ələkbər Sabir Fondu maraqlı bir təkliflə qatılıb.
Dahi şairin adını daşıyan Fondun təklifi ilə mənəvi dəyərlərimizin daha bir gözəl nümunəsi olan milli geyimimizin təbliği də qeyd edilən tədbirin mövzuları sırasına daxil edilib.
Fondun prezidenti Sevda Tahirlinin verdiyi məlumata görə, təşkilatçıların və dəvət almış qonaqların da milli geyimdə qatılacaqları bu tədbirin əsas məqsədi milli geyimimizin təbliği, cəmiyyətimizin, xüsusilə də gənclərimizin milli dəyərlərimizə bağlılığının möhkəmlənməsi, ona sevgisinin daha da dərinləşməsini aşılamağa xidmət edir.
7 təqdimat blokundan ibarət olan sabahkı tədbirin 1 saatlıq bloku Mirzə ƏIəkbər Sabir fondu üçün ayrılıb. Bu blokda milli dilimiz və milli geyimimizlə bağlı söhbətlər ediləcək, müxtəlif musiqi nömrələri təqdim olunacaq, ana dilimizlə bağlı müsabiqələr, əyləncəli viktorinalar keçiriləcək, qaliblər mükafatlandırılacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR