Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, ailə üzvlərinin təşəbbüsü ilə təşkil edilən tədbirdə deputatlar Sabir Rüstəmxanlı və Aqil Abbas, ailə üzvlərindən- həyat yoldaşı Şaban xanım, qızı Yaqut xanım, oğlu Etibar bəy, eyni zamanda bir çox şair və yazıçılar iştirak edib. Qeyd edək ki, tədbirə Yazıçılar Birliyindən hər hansı nümayəndə gəlməyib.
Sabir Əhmədli ilə bağlı xatirələrini bölüşən Sabir Rüstəmxanlı belə bir yazıçının yubileyinin "Natəvan” klubunda keçirilməsi təklifini irəli sürüb. Və qeyd edib ki, bu tədbiri Yazıçılar Birliyi həyata keçirməlidir.
Aqil Abbas mərhum yazıçıdan söhbət açarkən deyib ki, "Sabir müəllim Binəqədi qəbristanlığını Fəxri xiyaban elədi”.
Sabir Əhmədli1930-cu il iyulun 10-daCəbrayıl rayonunda anadan olub. ADU-nun filologiya fakültəsini bitirib. "Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, baş redaktor işləyib.
İkinci dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovunqardaşıdır. Sabir Əhmədlinin oğlu Məhəmməd Qarabağ müharibəsində şəhid olub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL