Qohumunu və özünü güllələdi - dəhşətli qətl
Vətəninfo.az APA-ya
istinaən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Moranlı
kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin
oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il
təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə
yetirib.
Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək intihar edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Firdovsi Təhməzovun güllələdiyi Natiq Təhməzov onun bibisi oğludur.