Kərəm Həsənovu yol polisi saxladı: Rəis işdən çıxarıldı
Vətəninfo.az istiqlal.az-a istinadən xəbər verir ki, Mübariz Fətəliyevin işdən
çıxarılmasının səbəbi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri
Kərəm Həsənovla bağlıdır. Bildirilir ki, bu günlərdə Şamaxıya gedən
Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb.
Kərəm Həsənovu tanımayan polislər onunla kobud danışıb. Sonradan
maşınını saxladıqları şəxsin yüksək vəzifəli şəxs olduğunu bildikdə
üzrxahlıq ediblər. Lakin Kərəm Həsənov bununla kifayətlənməyib.
O, yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Mübariz Fətəliyev işdən çıxarılıb.