Vətəninfo.az xəbər verir ki, Şəkidə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 24-cü kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü, Şəki rayonu Vərəzət kənd sakini Natiq Ələddin oğlu Rəhimov idarə etdiyi “Mercedes” markalı 90 FK 577 dövlət nömrə nişanlı minik avtomobili ilə Yevlaxdan Şəki şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1990-cı il təvəllüdlü, rayonun Şəki kənd sakini Yusif Nərmən oğlu Cəlilovu vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan Y. Cəlilov hadisə yerində ölüb. Avtomobilin sürücüsü N. Rəhimov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Şəki RMX-dan verilən məlumata görə, N. Rəhimov qəza nəticəsində qapalı kəllə-beyin travması alıb. Hazırda N. Rəhimovun vəziyyəti orta-ağır hesab edilir, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb, araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR