Hadisənin isə ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur
Şəkidə ata oğlunun yaşadığı evi yandırıb. Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunBaş Layısqı kəndinin Qumux kəndində Rafiq İsa oğlu Xəlilovun yaşadığı, ümumi sahəsi 40 kv/m olan bir otaq və bir eyvandan ibarət kürsülü fərdi yaşayış evindəqeydə alınıb.
Yanğın baş verən əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki və Qax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ev içərisindəki əşyalarla birlikdə yanaraq kül olub.
Yanğınsöndürənlərin səyi nəticəsində evə bitişik altıaçıq və həyətyanı sahədə olan digər yaşayış evi yanğından mühafizə olunub.
Rafiq Xəlilovun və qonşularının APA-ya verdiyi məlumata görə, yanan ev sənədlə Rafiq Xəlilovun atası 61 yaşlı İsa Xəlilova məxsusdur. Rafiq Xəlilovun dediyinə görə, evi elə onun atası İsa Xəlilov yandırıb. Hadisənin isə ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsi və FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR