Əməkdar artist Sənubər İsgəndərli yeni çəkilən filmlərdən narazıdır.
Vətəninfo.az axşam.az-a istinadən xəbər verir ki, "Star life"a açıqlama verən aktrisa rejissorları tamaşaçıları aldatmaqda günahlandırıb:
"Son vaxtlar film sahəmizdə irəliləyiş var. Rejissorlar daha çox komediyaya üstünlük verirlər. Çünki kommersiya güdürlər. Düşünürlər ki, tamaşaçı "şit" zarafatlara güləcək. Hər rejissorun intellektual səviyyəsi var. "Şit" zarafat da ondan xəbər verir. Rejissor düşünür ki, mən buna gülürəmsə, demək, tamaşaçı da güləcək. Bu yanlışdır. İzləyicini aldatmaq olmaz. Əgər zarafat tamaşaçını düşündürmürsə, buna komediya demək olmaz".
Yeniliklərindən söz açan S.İsgəndərli aparıcılıq, serial və film təklifləri aldığını bildirib:
"Akademik Milli Dram Teatrında türk yazıçısı Toyqun Orbayın "21:15 qatarı" adlı pyesi əsasında qurulan tamaşada rol almışam. Rejissorluğunu Bəhram Osmanovun etdiyi tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov da yer alıb. Premyera oldu, böyük əks-səda doğurdu. Mayda yazıçının özü də Bakıya gələcək. Başqa təkliflər gəlir. Bunlar arasında veriliş, film, serial var. Hələ ki, düşünürəm".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR