Serbiyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Zeljko Yoksimoviç "Nije ljubav stvar" mahnısının instrumental versiyasını hazırlayıb. “Vətəninfo.az” Eurovision.az saytına istinadən xəbər verir ki, yeni versiya Serbiyanın RTS telekanalının Simfonik Orkestri ilə birgə yazılıb. İnstrumental versiyanın yazılışında dirijor Fyodor Vrtaçnik iştirak edib, pianoda isə Serbiya təmsilçisini Azərbaycanın Belqraddakı Mədəni Mərkəzinin rəhbəri Zərif Əlizadə müşaiyət edib. Serbiyanın Eurovision komandası mahnının yeni versiyasının hamı tərəfindən bəyəniləcəyinə inanır. Z.Yoksimoviçin ifasında instrumental versiya tezliklə təqdim olunacaq. Bu yaxınlarda mahnının Azərbaycan və latın dili versiyası da çıxacaq.
Qeyd edək ki, Zeljko Yoksimoviç Eurovision Mahnı Müsabiqəsinin ikinci yarımfinalında 1-ci çıxış edəcək.
Könül İbrahim
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR