Vətəninfo.az xəbər verir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib. Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış, Quba rayon Əlibəyqışlaq kənd sakini, 1995-ci il təvəllüdlü İsgəndərov Şəmsəddin Nəriman oğlu təhlükəsizlik qaydalarını pozub. Nəticədə elektrik xəttində baş vermiş qısaqapanma nəticəsində onu elektrik cərəyanı vurub.Vaxtında tibbi yardımın göstərilməsinə və xəstəxanaya çatdırılmasına baxmayaraq əsgərin həyatını xilas etmək mümkün olmayıb. Hazırda faktla bağlı Hərbi Prokurorluq və DSX-nin aidiyyəti strukturları tərəfindən araşdırmalar aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR