Şeyxülislam “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimatında iştirak edəcək

Şeyxülislam “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimatında iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun təsis etdiyi "Zayed İnsan Qardaşlığı Mükafatı” Təşkilatının Baş katibi Məhəmməd Əbdülsəlamın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərinə səfərə yola düşüb.

Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, QMİ sədri A. Paşazadə Şeyx Zayed Fondunun 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində iştirak edəcəkdir.

Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Abu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi Məhəmməd Əbdülsəlamın sədrliyi ilə baş tutacaq toplantısında iştirak edəcəkdir. Məlumat üçün qeyd edək ki, Şeyxülislam A.Paşazadə Əl-Əzhər Şərifin şeyxi Əhməd Əl-Tayyibin sədri olduğu Müsəlman Ağsaqqalları Şurasının üzvüdür.

Fevralın 5-dək davam edəcək səfər müddətində bir sıra ikitərəfli görüşlər nəzərdə tutulur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az