Noyabrın 7-də Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib.
Musavat.com xəbər verir ki, iclasda əvvəlcə bir neçə komitə və sektorun yaradılması barədə qərar verilib.
Məşqçilər Komitəsinə Peter Zayzenbaxerin baş məşqçi postuna qayıdışınadək əsas yığmaya rəhbərlik etmiş Hacıağa Hacıəhmədov sədr təyin olunub. Hakimlər Komitəsi Fariz Hüseynova, Nizam-İntizam Komitəsi Ruzbek Vəliyevə, Yarışların Təşkili və Keçirilməsi sektoru Ağayar Axundzadəyə, regionlarda cüdonun inkişafı sektoru Tərlan Poladova tapşırılıb.
Bu komitələrə Azərbaycan cüdosunun simaları Tərlan Həsənov, Fərhad Rəcəbli, Qüdrət Pəncəliyev, Zakir Kərimov, Adil Sadıqov və digərləri üzv seçiliblər. Zülfiyyə Hüseynova isə Məşqçilər Komitəsinin üzvü kimi qadın cüdosunu koordinasiya edəcək.
Bundan başqa yeniyetmələrdən ibarət milli komandaya Elçin İsmayılov baş məşqçi, Zaur Babayev köməkçi-məşqçi, gənclərdən ibarət yığmaya Rəşad Məmmədov baş məşqçi, Rəşad Həsənov köməkçi-məşqçi təyin olunub ("Report").
Qeyd edək ki, Cüdo Federasiyasına SOCAR prezidenti Rövnəq Abdullayev rəhbərlik edir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL