Məişətdə işlətdiyimiz soda (natrium bikarbonatı) xroniki böyrək xəstəliyinin inkişafını əngəlləyir. Böyük Britaniya alimlərinin 134 insan üzərində apardıqları tədqiqatlar bunu deməyə əsas verir. Bir qrup xəstənin müalicəsi adi qaydada aparılıb. Digər qrupda olanların müalicəsi zamanı isə xəstələr hər gün həb şəklində soda qəbul ediblər. “Vətəninfo.az”ın “EurekAlert”ə istinadən verdiyi məlumata görə, müayinənin nəticələri göstərib ki, ikinci qrupdan olanların səhhətində müsbətə dogru irəliləyişlər var. Onların müalicəsindən sonra həm də dializə ehtiyac qalmayıb. Ən vacibi isə odur ki, orqanizmdə natrium bikarbonatın miqdarının çoxalması xəstələrdə təzyiqin artmasına səbəb olmayıb. Lakin alimlər xəstələrə sodanı yalnız həkimlərin nəzarəti altında qəbul etməyi məsləhət görürlər. Çünki ondan artıq istifadə müəyyən fəsadlara gətirib çıxara bilər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR