Cəlilabad rayonda Qəbiristanlığın çəpəri sökülərək oğurlanıb. Hadisə rayonun Pərdi kəndində baş verib.
Vətəninfo.az SOS online TV-yə istinadən xəbər verir ki, hündür təpə ərazisində kənddən təxminən 2 km kənarda yerləşən məzarlığın çəpərləri axşam saatlarında naməlum şəxslər tərəfindən oğurlanıb. Nəticədə iribuynuzlu heyvanlar qəbristanlığa daxil olaraq qəbirləri tapdayır.
Kənd sakinlərinin sözlərinə görə bəzi insanlar öz doğmalarının qəbirləri mal-qaranın tapdağı altında qalmasın deyə qəbirlərin ətrafına dəmir hasarlar çəkdiriblər. Lakin buna imkanı çatmayan insanların yaxınlarının qəbiri hər gün çəpərsiz qalmış məzarlığa daxil olan heyvanların tapdağı altında qalır.
Çəpərlərin oğurlanması ilə bağlı kənd sakinləri Daxili İşlər Nazirliyinin 102 xidmətinə və rayon polis şöbəsinə məlumat veriblər. Lakin hadisədən 10 gündən çox vaxt keçməsinə baxmayaraq hələ ki , cinayəti törədən şəxslər tapılmayıb. Elə sakinləri də bu narahat edir.
Cəlilabad rayon polis şöbəsindən bildirildi ki, hələ ki, faktla bağlı şübhəli şəxs qismində saxlanılan olmasa da cinayəti törədən şəxs və ya şəxslərin tapılaraq istintağa cəlb olunması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR