Amerikalı Şelli Qole adlı qadın fevralın 14-də qeyd edilən "sevgililər günü"ndə heç vaxt ağlına gəlməyəcək sürprizlə qarşılaşıb.
52 yaşlı qadın həmin gündə həyat yoldaşından bir dəstə gül alıb. Lakin bu sürpriz qadını sevindirməkdən çox təəccübləndirib. Belə ki, Şellinin əri 8 ay əvvəl 53 yaşında beyin xərçəngi xəstəliyindən dünyasını dəyişib.
Olanlara inana bilməyən qadın əvvəlcə elə düşünüb ki, bu, uşaqlarının ona hədiyyəsidir. Lakin sonra o, gül dükanına müraciət edib. Məlum olub ki, onun əri Cim Qole ölməzdən əvvəl - keçən ilin yayında bu hədiyyəni sifariş edib. Bundan başqa, çiçəkçi bildirib ki, Cim Qole Şellini ömrünün sonuna qədər hədiyyə ilə təmin edib.
"Mənə dedilər ki, bu hədiyyə sonuncu deyil. Sən demə, Cim çiçəkçi ilə razılığa gəlib ki, mənə hər il çiçəklər göndərilsin. Mənim ərim öləndən sonra da əvəzolunmaz olaraq qalır", - deyə Şelli Qole bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR