Dərbənd şəhərinin rəhbəri İmam Yaraliyev deputatlar tərəfindən Şəhər Məclisinin rəhbəri seçilib.
Axar.az xəbər verir ki, bu barədə açıqlamanı Dərbənd Şəhər Administrasiyası yayıb.
Məlumatda Yaraliyevin 31 dekabr 2014-cü ildə deputat səlahiyyətlərinin bitdiyi Talidin Mameyevin yerinə Şəhər Məclisinə deputat seçildiyi bildirilib. Həmçinin iclasda Məclis sədri Mövsüm Rəhimov da istefa verib. Bundan sonra “Vahid Rusiya”, “Ədalətli Rusiya”, “Rusiya vətənpərvərləri” İmam Yaraliyevi Məclis sədrliyinə yekdilliklə irəli sürbülər. Beləliklə, Şəhər Məclisinin sədri seçilən Yaraliyev həm də şəhər rəhbəri vəzifəsində qalıb. Mövsüm Rəhimova isə Dərbənd Şəhər Administrasiyasının rəhbəri vəzifəsini müvəqqəti icra etmək tapşırılıb.
İmam Yaraliyev 2010-cu ildə Dərbəndə rəhbər seçilib. Onun səlahiyyətləri 2015-ci ildə bitir. Yeni vəzifəsi sayəsində o, şəhər rəhbərliyində 2016-cı ilə qədər qala biləcək.
Xatırladaq ki, bir müddət öncə soydaşlarımız onlara qarşı olan ayrı-seçkilik və azərbaycanlılara məxsus mədəniyyət abidələrinə ziyan vurulmasında fəaliyyətsizliyinə görə Yaraliyevin istefaya göndərilməsi üçün etiraz aksiyası keçirmişdilər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR