Dünən mətbuatda sükan arxasında narkotik maddə qəbul edən sürücü barədə video yayılmışdı. Daha sonra yol polisi həmin sürücünü aşkar etmiş və İlkin Tağıyev barəsində toplanmış materiallar məhkəməyə təqdim edilmişdi. Eyni zamanda sürücünün kalon rəisi Oktay Qurbanov da məsuliyyətə cəlb edilmişdi.
Miq.az xəbər verir ki, bu gün avtosfer.az saytının əməkdaşı həmin sürücü ilə görüşüb. Sürücü öz əməlindən peşman olduğunu bildirib. O, qeyd edib ki, bir neçə gün əvvəl "Chinar trans" şirkətində işə düzəlib və video yayılan gün də hələlik qeyd etmədiyi mənbədən narkotik maddəni əldə edib və sükan arxasına qəbul etməyə çalışarkən videosu çəkilib. Sosial şəbəkələrdə həmin video yayılandan sonra həbs olunub. Məhkəmənin qərarına görə ona 30 sutka həbs verilib.
Sürücüyə nəzarət etmədiyi üçün 15 sutka həbs alan kalon rəisi Oktay Qurbanov bildirib ki, bir neçə gün əvvəl sürücü onlara müraciət edib və tibbi müayinə haqqında arayış, sürücülük vəsiqəsi təqdim edərək işə qəbul olunub. Bu hərəkətləri də məhz həmin gün edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR