Avqustun 4-də dənizdə boğulma halları qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Sumqayıt
şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralı
nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlunun
və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğlunun suda batması
haqqında məlumat daxil olub.
Modern.az saytı nazirliyə istinadən
xəbər verir ki, E.Həmidovun və A.Tanrıverdiyevin cəsədləri "Corat”
sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Nazirliyin "112” qaynar telefon xəttinə Sabunçu rayonundakı Pirşağı
çimərliyində bir nəfərin batması ilə bağlı məlumat verilib. Dərhal
hadisə yerinə nazirliyin əraziyə yaxın sularda xilasetmə məntəqəsinin
xilasediciləri yollanıblar.
Batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Kimlik müayinəsi zamanı məlum olub ki, batan şəxs 1997-ci il təvəllüdlü Əliyev Mübariz Məlikağa oğludur. Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.
Modern.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL