Suriya döyüşlərində iştirak edərək ötən ay Azərbaycana qayıtdığı deyilən Xaçmaz rayon Xudat şəhər sakini Nadir Əlixanov həbs olunub.
Publika.az-a hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, N. Əlixanov bir neçə gün öncə saxlanılıb. O, xarici ordularda qanunsuz döyüşməkdə ittiham edilir. İddialara görə, N. Əlixanov ailəsi ilə birlikdə Suriyaya gedibmiş.
Qeyd edək ki, N. Əlixanov ötən həftə Publika.az-ın Şimal bölgəsinə ezam olunmuş müxbirinə müsahibə verib (http://publika.az/p/56700). O, müsahibəsində Suriya döyüşlərində iştirak etmədiyini deyib və yayılan məlumatları şaiyə adlandırıb.
“Mən 6 ay ailəmlə birlikdə Türkiyədə yaşamışam. Orda bir nəfər tanıdığım insanın evində qalmışam, həmçinin onun atasının sexində işləmişəm. İki ay öncə işlər yaxşı gətirmədi və mən evə qayıtdım. Sərhəddə mənə axtarışda olduğumu dedilər. Polis mənimlə danışıq aparıb. İndi də izlənirəm”, - deyə o, müsahibəsində demişdi.
N. Əlixanov Suriyada olduğunu təkzib etsə də, anasının o və qardaşı haqda hüquq-mühafizə orqanlarına məlumat verdiyi deyilir. Buna səbəbsə hər iki qardaşın evdən gedərkən anasına heç bir məlumat verməməsi olub. N. Əlixanovun qardaşı Sərxan Əlixanovun da Suriyada olduğu deyilir. Lakin N. Əlixanov bunu təkzib edib, qardaşının harada olduğunu bilmədiyini açıqlayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR