Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının yanvarın 16-dan 17-nə keçən gecə keçirdiyi reyd zamanı təxminən 300 min manatlıq dəyəri olan avtomobil cərimə meydançasına aparılıb. Lent.az-ın məlumatına görə, buna səbəb isə həmin avtomobilin pərdə ilə idarə edilməsidir. Üstəlik, sürücü yol polisinə tabe olmayaraq qaçdığı üçün maşını cərimə meydançasına aparılıb.
Məlumata görə, XX-609- AZ TR 15 dövlət nömrə nişanlı, son model "Galendewagen" markalı bu avtomobil "Meqapolis" restoranının yanında saxlanılıb. Avtomobili saxlayan Bakı şəhər DYPİ-nin tağım komandiri, mayor Cəmşid Hənifəyev avtosfer.az-a bildirib ki, nəqliyyat vasitəsini idarə edən gənc sürücü maşını saxlayandan sonra düşərək qaçıb: "Düşən kimi maşının qapılarını bağlayıb restorana girdi. Əməkdaşlarımız onu tapa bilsələr də, maşına yaxın gəlmədi. Açarları verib, özü isə restorana oturub öz kefindədir".
İlkin araşdırmalar zamanı məlum olub ki, avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmayıb. Ümumiyyətlə, onun heç sürücülük vəsiqəsi almağa yaşı da çatmır. Polisdən qaçmağının səbəbi də bu imiş.
Yol polisləri həmin şəxsi sonradan tapa bilməsələr də, maşını cərimə meydançasına aparıblar. Hazırda araşdırmalar davam etdirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR