“Synergy Baku”nun üzvü Rumıniyada 1-ci oldu

“Synergy Baku”nun üzvü Rumıniyada 1-ci oldu
Rumıniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Sibiu” Velosiped Turu sona yaxınlaşmaq üzrədir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarışın dağa fərdi ötüşmə üzrə 6,8 km-lik 3-cü mərhələsi komandamızın üzvü Kiril Pozdnyakovun qələbəsilə yadda qalıb. Məsafəni 16 dəqiqə, 21 saniyəyə qət edən velosipedçimiz bununla da ən yaxın izləyicisi, İtaliyanın "Androni Giocattoli” pro-kontinental komandasının üzvü Alesio Talianini 6 saniyə qabaqlamaqla mərhələnin qalibi olub.

Bu mərhələdəki uğurlu çıxışı sayəsində "Synergy Baku”nun üzvü ən yaxşı dağ velosipedçilərinin mübarizəsində 3-cü yerə yüksəlib. 19 komandanın iştirak etdiyi "Sibiu” turuna sabah yekun vurulacaq. Qeyd edək ki, yarışda komandamız 5 velosipedçi – Elçin Əsədov, Matiya Kvasina, Kiril Pozdnyakov, Matey Müqerli və Yosip Rumaçla təmsil olunur. /Trend/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az