Tanınmış şirkətin satış müdiri 70 min manat mənimsəyib

Tanınmış şirkətin satış müdiri 70 min manat mənimsəyib
Azərbaycanın tanınmış kosmetika şirkətinin əməkdaşı barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, "İnterPazarlama” MMC-nin müdiri İsmail Bülbül Lənkəran Rayon Polis Şöbəsində müraciət edərək MMC-nin cənub bölgəsi üzrə satış müdiri Elvin Cavadovun şirkətə məxsus 70 min manat pulunu mənimsədiyini bildirib.
Daxil olan müraciət əsasında araşdırmalara başlanıb və toplanmış materiallar Cəlilabad rayon Prokurorluğuna göndərilib.
Həmin faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az