Vətəninfo.az xəbər verir ki, tanınmış müğənni İbrahim Tatlıses başındakı sümük parçasından xilas olmaq üçün əməliyyat olacaq. Əməliyyat ABŞ-da keçiriləcək. ANS PRESS-in məlumatına görə, silahlı hücuma məruz qaldıqdan sonra başından yaralanan müğənninin zədələnən kəllə sümüyünün parçalarından biri risk daşıdığı üçün çıxarılmamışdı. Bu isə onun sol tərəfini iflic etmişdi. Müğənni ABŞ-da keçirəcəyi əməliyyatla sol qolunun hərəkət qabiliyyətini yenidən qazanmağı hədəfləyir. Tatlısəs sümüyün çıxarılması üçün Ramazan Bayramından sonra ABŞ-a gedəcək. Qeyd edək ki, İbrahim Tatlısəs 2011-ci il 14 mart tarixində İstanbulun Maslak ərazisində silahlı hücuma məruz qalıb. Başından güllə yarası alan müğənni uzun müddət müalicə kursu keçib. Sənətçi hələ də oxumur və sol tərəfini hərəkət etdirə bilmir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR