Tayvanın “Trans Asia Airways” şirkətinə məxsus A330 sərnişin təyyarəsi mayın 12-də Yaponiyanın Hokkaydo adasındakı Sapporo şəhərinin Şin-Titoşe hava limanına qəzalı eniş edib. Limana enmək üçün icazə istəyən təyyarənin komandiri göyərtədə avadanlıqla bağlı problem olduğunu bildirib.
Aeroportun administrasiyasının yaydığı məlumatda qeyd edilir ki, təyyarənin enişi zamanı heç bir hadisə baş verməyib və xəsarət alanlar yoxdur. Lakin təyyarənin çənlərindən yanacaq sızması təhlükəsi var və o yanğınsöndürən maşınlarla əhatəyə alınıb. Bununla əlaqədar, təyyarənin dayandığı uçuş-enmə zolağı bağlanıb.
A330 təyyarəsi Tayvanın Taybey şəhərindən Şin-Titoşeyə növbəti reysi həyata keçirirmiş. Nasazlıq təyyarə yapon aeroportuna yaxınlaşan zaman aşkar olunub və buna görə də komandir növbədənkənar qəzalı eniş barədə xəbərdarlıq edib.
AZƏRTAC
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR