Tilifsdə bələdiyyə avtobusunun təşvişə düşmüş sərnişinləri qaradərili sərnişini avtobusdan itələyib küçəyə atıblar.
Vətəninfo.az Trendə istinadən xəbər verir ki, hadisənin şahidi olmuş yazıçı Lela Kodolaşvili sosial şəbəkədəki səhifəsində yazır ki, buna sərnişinlərin Ebola virusu ilə bağlı təşvişi səbəb olub.
Onun sözlərinə görə, sərnişin qışqıraraq fransız olduğunu desə də, bu, heç bir nəticə verməyib.
Bir müddət əvvəl Gürcüstanın səhiyyə və sosial müdafiə naziri David Sergeyenko bəyan edib ki, Gürcüstanda Ebola virusunun yayılması ilə bağlı heç bir təhlükə yoxdur: "Bir fakt belə qeydə alınmayıb, biz Afrikadan gələn bütün əcnəbiləri izləyirik, odur ki, heç bir təhlükə yoxdur".
Hazırda Afrikadan gəlmiş bir neçə şəxs gürcü həkimlərin müşahidəsi altındadır. Xəstəliyin 21 gün davam edən inkubasiya dövrü başa çatdıqdan sonra onların üzərindən nəzarət götürüləcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR