Tələbə qızın ölümü ilə nəticələnən yol qəzasını sabiq polisin törətdiyi müəyyənləşib

Tələbə qızın ölümü ilə nəticələnən yol qəzasını sabiq polisin törətdiyi müəyyənləşib
Bakıda polis əməkdaşı idarə etdiyi avtomobillə tələbəni vurub.

APA-nın məlumatına görə, hadisə oktyabrın 9-da 07:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonundan keçən 21-ci kmdə baş verib.
"BMW” markalı 90 DH 530 qeydiyyat nişanlı avtomobil piyada Solmaz Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev APA-ya hadisəni təsdiqləyib. Bildirib ki, faktla bağlı araşdırma aparılır: "Hadisəni törədən şəxs vaxtilə daxili işlər orqanlarında çalışıb və hazırda təqaüddədir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Solmaz Abdullayevanın 1-ci kurs tələbəsi olduğu barədə məlumat yayılıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az