Terror futbolçunu qorxuya saldı: "Ayrılmaq istəyirəm"

Terror futbolçunu qorxuya saldı:
Martın 13-də Türkiyənin paytaxtı Ankarada baş verən terror hadisəsi bu ölkədə çıxış edən əcnəbi futbolçuları qorxuya salıb.

Miq.az apasport.az-a istinadən xəbər verir ki, legioner oyunçular arasında ilk ayrılıq siqnalı "Qalatasaray"ın üzvü Lukas Podolskidən gəlib.

Belə ki, Polşa əsilli almaniyalı hücumçu Ankaranın mərkəzində baş verən partlayışdan sonra qərarını qətiləşdirib. Menecerinə telefon zəngi edən 31 yaşlı futbolçu "Burdan ayrılmaq istəyirəm, çox narahatam" deyərək, vəziyyəti ona izah edib.
 
Almaniya yığması ilə birlikdə Avro-2016-ya qatılacağı gözlənilən Podolskinin Fransadakı turnirdən sonra Türkiyəyə qayıtmayacağı və transfer təkliflərini dəyərləndirəcəyi bildirilir. Ötən ildən "Qalatasaray"ın formasını geyinən və İstanbul klubunda illik 3,5 milyon məvacib alan Podolskinin yayda Çinə köçmək ehtimalı yüksəkdi.
 
Qeyd edək ki, 37 nəfərin öldüyü, 120-dən çox şəxsin isə yaralandığı partlayışdan sonra "Fənərbağça"nın baş məşqçisi Vitor Pereyra "Burda qalmağa dəyərmi?" fikrini səsləndirmişdi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az