Bu günlərdə İncəsənət gimnaziyasında görkəmli bəstəkar Tofiq Quliyevin 95 illiyinə həsr olunmuş “Bəxtiyar-2012” adlı ədəbi-bədii gecə keçirilib. Bu haqda Vətəninfo.Az saytına tədbirin təşkilatçısı rejissor-aktrisa Sədaqət Məmmədova məlumat verib:
“Tədbirdə gimnaziya şagirdlərinin ifasında "Bəxtiyar" filmindən səhnəciklər,tanınmış sənətçilər-Flora Kərimova ,Ruhəngiz Musəvi,Elariz Məmmədoğlu,İlqar Muradov və s. müğənnilərin ifasında isə bəstəkarın mahnıları səsləndi. Bəstəkarın oğlu kinorejissor Eldar Quliyev atası haqqında,bəstəkarın tələbəsi-bəstəkar Nailə Mirməmmədli öz müəllimi haqqında xatirələrini danışdılar. Şagirdlərin ifasında səslənən T.Quliyev bəstələri tamaşıçıların marağına səbəb oldu. Skripkaçı Səlim bəstəkarın mahnılarını məharətlə ifa etdi. Milli konservatoriyanın rektoru Səyavuş Kərimi və gimnaziyanın direktoru Mahizər Şabanbəyova sonda qonaqlara təşəkkür edib, tədbirdə iştirak etdiklərinə görə onlara minnətdarlıqlarını bildirdilər.Bəstəkarın oğlu Eldar Quliyev hamıya öz təşəkkürünü bildirib, bu cür tədbirlərni gənc nəslin tərbiyəsində böyük əhəmiyyət kəsb etdiyini və vacibliyini qeyd etdi. Bizim gimnazayada bu kimi tədbirlər silsilə olaraq keçirilir” deyə rejissor bildirir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR