Bu gün Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun 40 mərasimidir.
Vətəninfo.az xəbər verir ki, Modern.az saytı Tofiq Yaqublunun qızının yas mərasimində iştirak edib-etməyəcəyi ilə maraqlanıb.
Vəkil Nemət Kərimili bildirib ki, ötən həftə Ədliyyə Nazirliyinin Penitenisiar Xidmətinə elektron sorğu göndərib: “Müraciətdə bildirmişəm ki, Tofiq Yaqublu qızının 40 mərasimində iştirak etmək üçün bir-iki günlük müddətə buraxılsın. Hələ ki müraciətə rəsmi cavab yoxdur”.
Vəkil Tofiq Yaqublunun buraxılma ehtimalının olmadığını da əlavə edib.
Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib. Mərhum ötən il ailə qurub, Rusiyada yaşayırdı. O, sarılıq xəstəliyindən (Hepatit C) əziyyət çəkirdi. Mərhumun aprelin 15-də 7 aylıq körpəsi dünyaya gəlib.
Tofiq Yaqublu Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. 2013-cü ilin fevral ayında tutulan Tofiq Yaqublu həmin il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə 5 il azadlıqdan məhrum edilib.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?