“Qəbələ” futbol klubu komandanın sabiq baş məşqçisi Toni Adamsla işbirliyini davam etdirəcək. “Qəbələ”nin mətbuat xidmətinin yaydığı məlumata görə, İngiltərə “Arsenal”ının əfsanəsi “Qəbələ” futbol klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsini yerinə yetirəcək. Toni Adams yeni təyinatdan sonra gabalafc.az-a eksklüziv açıqlama da verib. "Qəbələ" Futbol Klubundakı yeni vəzifəmə görə çox şadam. Klubun prezidenti cənab Tale Heydərovla belə bir razılığa gəldik ki, mənim futbol biliyimi və klubun inkişafının hazırkı mərhələsini nəzərə alaraq, fəaliyyətim meydançadan kənarda daha çox faydalı ola bilər. Prezidentin müşaviri kimi mən klubdakı vəzifələrimi uğurla yerinə yetirməyə çalışacağam və “Qəbələ” Futbol Klubunun sadəcə Azərbaycanda deyil, Avropada da sayılıb-seçilən, qabaqcıl, bir sözlə peşəkar kluba çevrilməyində köməkliyimi əsirgəməyəcəm. Mənə bu cür etimad göstərdiyinə və klubdakı məqsədlərimin reallaşması üçün şərait yaratdığına görə klubun prezidentinə minnətdaram”, - deyə Toni Adams bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR