Tovuz rayonunun ucqar Əsrik Cırdaxan kəndinin sakini 59 yaşlı Bayram Süleymanov piyada əleyhinə minaya düşüb.
Vətəninfo.az TTV-yə istinadən xəbər verir ki, hadisə zərərçəkən heyvan otararkən baş verib. Minalanmış ərazidə ehtiyatsızlığa yol verən 59 yaşlı kənd sakini partlayış nəticəsində sağ ayağından ciddi xəsarət alıb. Hərbçilərin müdaxiləsi nəticəsində Bayram Süleymanovun həyatını xilas etmək mümkün olub. O, dərhal Tovuz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Həkim Kəmaləddin Abbasov: “Sağ ayağın travmatik amputasiyası olunub. Baldırdan aşağı, üçdə birindən. Eyni zamanda bədəninin bir neçə yerindən müxtəlif ölçülü qəlpə yaraları almışdı. Xəstə ağır travmatik şoktadır. Xeyli qan itirib. Yardım göstərilib.”
Yaralı xəstəxanaya gətirilərkən böyük miqdarda qan itirdiyinə görə dərhal qanvermə aksiyası təşkil olunub. Hərbçilərin və xəstənin yaxınlarının qan verməsindən sonra Bayram Süleymanovun həyatına olan təhlükə sovuşdu. Hazırda yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur. Vəziyyəti orta ağırdır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR