Vətəninfo.az xəbər verir ki, Şəmkirdə toy məclisində bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 28 yaşlı Sərxan Mahmudov sentyabrın 21-də axşam saat 21:00 radələrində bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına gətirilib. Xəstə dərhal əməliyyat olunub, daha sonra palataya yerləşdirilib. Hazırda S.Mahmuovun səhhəti orta ağır kimi qiymətləndirilir.
Şəmkir rayon polis şöbəsi Zəyəm polis bölməsindən verilən məlumata görə, S.Mahmudov yaxınlarının toy məclisində iştirak edən zaman bıçaqlanıb. Ancaq onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı cinayəti işi başlanıb, istintaq aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR