Vətəninfo.az xəbər verir ki, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində kütləvi dava baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Qəsəbə sakini 1990-cı il təvəllüdlü Elçin Əminağa oğlu Tağıyev örüşdən heyvanları evə gətirərkən yolboyu zümzümə edirmiş. Elə bu zaman onun zümzüməsindən qəzəblənən həmkəndliləri Elçinin qarşısını kəsərək onunla mübahisə ediblər.
Sonradan gənclər arasındakı mübahisə kütləvi davaya çevrilib. Elçinin bir neçə şəxs tərfindən döyüldüyünü görən yaxınları Camal Ağayev və Amil Bəşirov da hadisə yerinə gəliblər. Lakin onlar da həmin şəxslərin hücumuna məruz qalıb. Müxtəlif növ küt alətlərlə döyülən gənclərə Cəlilabad Mərkəzi rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib. Qeyd edək ki, tərəflər arasında əvvəllər də ədavətin olduğu deyilir. Baş vermiş faktla bağlı Cəlilabad rayon polis şöbəsinin Göytəpə polis bölməsində araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR