Vətəninfo.az xəbər verir ki, Türkiyə enerji və təbii sərvətlər naziri Taner Yıldız “TRT Haber”də gündəmlə bağlı bəzi sualları cavablandırıb. ANS PRESS-in məlumatına görə, Türkiyə enerji və təbii sərvətlər naziri Taner Yıldız alman qəzeti “Die Welt”in yazdığı “Türkiyə nüvə silahı hazırlamaq istəyir” xəbərinə aydınlıq gətirib.
“Türkiyə prezidentinin uranın zənginləşdirməsi ilə əlaqədar təlimat verdiyi deyilir. Əgər belə olsaydı, mənim vəzifəm olduğu üçün bu təlimatı mənə verərdi. Buna görə də demək istəyirəm ki, nə belə bir təlimat, nə də niyətimiz, istəyimiz yoxdur. Heç cəhd də etmirik.” – deyə nazir yayılan iddialara sərt cavab verib.
Qeyd edək ki, Almaniyanın “Die Welt” qəzeti Türkiyənin atom bombası əldə etmək üçün hazırlıqlara başlaması haqqında məqalə dərc edib. Federal Təhlükəsizlik Nazirliyinin Planlama Şöbəsinin keçmiş müdiri Hans Rühlenin imzası ilə dərc edilmiş yazıda Türkiyənin nüvə silahı əldə etməsində texniki bilgilərin Pakistan tərəfindən ötürüldüyü bildirilir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR