Türkiyə futbolunda tarixi qərar qəbul olundu
İdman Təhlükəsizlik Qurumu Türkiyə Super Liqasında keçiriləcək derbilərdə rəqib komandanın azarkeşlərinin stadiona gəlməsi ilə bağlı qadağanı ləğv edib.
Axar.az xəbər verir ki, Türk Telekom Arenada oynanılacaq "Qalatasaray”-"Beşiktaş” derbisində "Beşiktaş” azarkeşləri də stadionda yerlərini alacaq.
Məlumata görə, 2800 "Beşiktaş” azarkeşi oyunu stadiondan izləyə biləcək.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası 2011-ci ildə yüksək gərginliklə keçən derbilərdə rəqib komandanın azarkeşlərinin stadiona girişini qadağan etmişdi.
Miq.az