Türkiyənin Müdafiə Sənayesi Katibliyi (SSM) “Barış Qartalı” proqramı çərçivəsində təslimatı gecikən AWACS təyyarələri üçün ABŞ-ın “Boeing” şirkətinə gecikmə cəzası kəsib. “Vətəninfo.az”ın “AzeriDefence”-yə istinadən verdiyi məlumata görə, bu barədə gazeteci.tv saytına SSM-dən məlumat verilib. 2003-cü ildə imzalanmış müqavilnin dəyəri 1,5 mlrd.ABŞ dolları təşkil edir. Gecikmə cəzasının maliyyə məbləği isə açıqlanmayıb."“Boeing” şirkəti proyektin başlanğıcında nəzərdə tutmadığı çətinliklərlə və çatışmazlıqlarla qarşılaşıb. İnkişaf etdirmə və inteqrasiya fəaliyyətləri “Boeing”in nəzərdə tutduğundan daha çox zaman aldı. Türkiyədən bir il əvvəl eyni sistem üçün eyni firma ilə müqavilə imzalamış olan Avstraliya da bu çətinliklə üzləşib", - deyə məlumatda qeyd olunub. SSM-dən verilən məlumata görə, sistemmin kalifikasiya testləri 2011-ci ilin yanvar ayında başlayıb və hələ davam edir. Ciddi bir problemlə qarşılaşılmadığı təqdirdə, 2012-ci ilin sonuna qədər ilk sistemin təvil alınması planlaşdırılır
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR