Türkiyə ordusu hədəfi dərhal məhv edəcək - Müqavilə imzalandı

Türkiyə ordusu hədəfi dərhal məhv edəcək - Müqavilə imzalandı

Yüzlərlə kamikadze dronları Türkiyə təhlükəsizlik qüvvələrinin silahlanmasına daxil olacaq.

Trend-in məlumatına görə, bu dronlar hədəfi dərhal aşkarlamaq, izləmək və məhv etmək qabiliyyətini təmin edəcək.

Bildirilib ki, Türkiyə Müdafiə Sənayesi ilə "STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş" şirkəti arasında mini dronların tədarükü ilə bağlı müqavilə imzalanıb. Həmin şirkət sistem mühəndisliyi, texniki dəstək, layihə rəhbərliyi, texnologiya ötürülməsi və logistika xidmətlərini göstərir.

Müqaviləyə əsasən, səs-küy səviyyəsi aşağı və təkmilləşdirilmiş hədəf aşkaretmə alqoritminə malik olan 356 yeni nəsil Kargu-2 kamikaze dronları alınacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az