Ermənistan sakini qohumları ilə mübahisədən sonra Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edib. Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir.
Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsindən bildirilib ki, dekabrın 22-də Axurik yaşayış məntəqəsinin ərazisində Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən sərhəd pozucusu İdarənin əməkdaşları tərəfindən saxlanılıb.
Axşam saatlarında sərhəd zastavasına həyəcan siqnalı daxil olub. Hadisə yerinə gələn sərhədçilər sərhəd pozucusunun izini aşkar ediblər. Naməlum şəxs sərhədçiləri çaşdırmağa cəhd edərək nəzarət zolağında yalançı iz qoyub. Lakin sərhəd pozucusu Ermənistan dövlət sərhədinin 150 metrliyində saxlanılıb.
Saxlanılarkən onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb. O, sərhədi pozmasının səbəblərini izah edərkən, qohumlarına qonaq getdiyini deyib və bildirib ki, onlarla məişət zəminində baş verən mübahisədən sonra nümayişkaranə şəkildə Türkiyəyə getməyi qərara alıb.
Sorğu zamanı özünü meydan oxuyurmuş kimi aparan bu şəxs qeyri-adekvat vəziyyətdə olub, bununla belə, onda sərxoşluq əlamətləri görünməyib. Bir müddətdən sonra qohumları saxlanılan şəxsin sənədlərini gətiriblər və nəticədə onun şəxsiyyəti təsdiqlənib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR