Türkiyəni qarışdıran iddia: təyyarəni hansı ölkə və niyə vurub? – Sensasion
Liviya Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla 5 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı irəli sürülən iddia böyük rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qəzanın Liviyadakı türk hərbçilərinin xidmət müddətinin 2 il uzadılmasından dərhal sonra baş verməsi təxribat iddialarını gündəmə gətirib.
Bildirilib ki, qəza Türkiyənin üç düşməni – Yunanıstan, İsrail və Cənubi Kiprin toplantı keçirdiyi gün baş verib.
Təxribat iddiasını irəli sürən çoxsaylı mütəxəssislər hazırda əllərində konkret dəlillərin olmadığını, lakin zamanla üzə çıxması ehtimal olunan sübutlar sayəsində hadisənin aydınlaşdırılacağına inandıqlarını bildiriblər.
****
Liviya Baş naziri Əbdülhəmid Dibeybe təyyarədəkilərin həlak olduğunu açıqlayıb.
"Liviya Baş Qərargah rəisi Məhəmməd Haddad və onun müşayiət edən generallar Türkiyədən qayıdarkən baş vermiş faciəli və kədərli bir qəzada həyatlarını itiriblər”, – Liviya Baş naziri bildirib.
Açıqlamada qeyd olunub ki, təyyarədə Baş Qərargah rəisi Əl-Həddadla yanaşı, Quru Qoşunları Komandanı general-leytenant Əl-Fayturi Qərib, Liviya Hərbi Sənayesi İdarəsinin rəisi briqada generalı Mahmud Əl-Qətivi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab və Baş Qərargah rəisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Məhcub da olub.
****
Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Liviya Baş Qərargah rəisinin müşaviri <a href="https://savashmedia.az/ankaradaki-teyyare-qezasinda-olenlerin-adlari-iki-general-1-fotoqraf-ve" target="_blank">Məhəmməd</a> Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.
"Türkiyədən rəsmi səfərdən qayıdarkən baş vermiş bu faciəli və kədərli qəza nəticəsində onların hamısının həyatını itirdiyi xəbəri bizi dərindən sarsıtdı", - deyə Dibeybe bildirib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. (APA)