"Biz İrəvana gedib Göy Məsciddə namaz qılmaq istiyirik. Ermənistanın niyyəti təmizdirsə, icazə versin".
Vətəninfo.az xəbər verir ki, bu barədə ANS PRESS- ə Türkiyənin İqdır şəhərində yerləşən Azərbaycan Evi Dərnəyinin başçısı Sərdar Ünsal bildirib. Ermənistan hakimiyyəti tərəfindən İrəvanda azərbaycanlılara məxsus tarixi Göy Məscidin “fars məscidi” adlandırıması xəbərini şərh edən Sərdar Ünsal söyləyib: "Hər fürsətdə Ermənistandakı türk izlərini silmək istəyən ermənilər keçmişdə bəzi məscidlərimizi tövlə kimi istifadə etdilər, Göy Məscidə isə “fars məscidi” dedilər. Rəsmi İrəvanın məscidi “fars məscidi” adlandırması, şəhərin gerçək tarixini gizlətmək məqsədini daşıyır”.
Göy Məscid 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli xan Qacarın əmriylə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy Məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi cümə məscidi olub. Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir; və ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR