Hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb
Ucar rayonunda ağır yol qəzası baş verib.
Ucar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 09 :00 radələrində Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
99 –DY-262 dövlət nömrə nişanlı, ağır tonnajlı beton qarışdıran avtomobillə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində güclü yanğın baş verib. Minik avtomobili yanıb, iki nəfər yanaraq ölüb.
Avtomobil tamamilə yandığı üçün dövlət nömrə nişanı görünməyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayonunun Yanğından Mühafizə Hissəsinin və Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.
lent.az-ın məlumatına görə, qəzada yanaraq ölənlərdən biri Göyçar rayon prokurorunun köməkçisi Emin Qurbanovdur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR