Ukrayna hökuməti məhkəmədən sonra eks-prezident Viktor Yanukoviçin üzərinə həbs qoyulmuş aktivlərini büdcəyə yönəltmək fikrindədir.
Vətəninfo.az xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində yazan daxili işlər naziri Arsen Avakov, eyni zamanda, Ali Radanın müzakirəsinə Ukraynanın keçmiş başçısı üzərində qiyabi məhkəmənin keçirilməsinə “bürokratik əngəlləri aradan götürən” düzəlişlərin çıxarıldığını da vurğulayıb.
Arsen Avakov, həmçinin həbs olunan vəsaitin ümumilikdə Müdafiə Nazirliyinin, XİN-in və Ukrayna milli qvardiyasının illik büdcəsindən çox olduğunu qeyd edib.
“Eks-prezidentin daşınmaz əmlak aktivlərini və kompaniyalardakı payını hesaba almasaq, Ukrayna hüquq mühafizə orqanlarının həbs etdikləri bank hesabındakı pullar və qiymətli kağızlar xaricdə 2 milyard dollar, ölkə daxilində isə 1,8 milyard dollar və 6 milyard qriven təşkil edir” – nazir belə yazır.
Bir qədər əvvəl İnterpol Ukraynanın eks-prezidenti Viktor Yanukoviç, onun oğlu, həmin dövrdə vəzifədə olmuş Baş nazir və bir neçə nazirin də daxil olduğu hökumətin bəzi nümayəndələri barədə axtarış elan edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR