Ukrayna Ordusu 30 mm-lik ZTM-1 avtomatik topunu silahlanmaya qəbul edib. “Vətəninfo.az”ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri Dmitri Salamatinin bununla bağlı imzaladığı sənəddə yeni silah sisteminin tərkibi və onun əsas taktik-texniki xarakteristikaları göstərilib.Toplar Ukraynanın Silahlı Qüvvələrinin raket-artilleriya idarəsinə çatdırılacaq. Silahın istehsalı ilə Morozov adına Xarkov Maşınqayırma və Konstruktor Bürosu məşğul olacaq. ZTM-1 topunu BTR-70, BTR-80, MT-LB, BTR-3, BTR-4, BMPV-64 tipli piyadaların döyüş maşınlarında qurmaq mümkün olacaq. Keçmiş Sovet 2A72 topunun anoloqu olan ZTM-1 topunun çəkisi 84 kq, uzunluğu 3006 mm, atəş uzaqlığı 4 min metr, tezatma qabiliyyəti dəqiqəyə 330 atəşdən çoxdur. Topun döyüş komplektinə 150-dən artıq mərmi daxildir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR