Çində yeni doğulan bir körpə torpağın altından 8 gün sonra canlı çıxarılıb.
Vətəninfo.az məlumat verir ki, Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ailəsi tərəfindən canlı basdırılan oğlan uşağının həyatda qalma hekayəsi sanki bir möcüzədir.
Körpə kiçik karton bir qutu içində torpağın altında 8 gün boyunca qalıb. Yeni doğulan uşağın o qədər zaman aç, hətta susuz yaşaya bilməsi inanılar kimi deyil. Körpənin susuzluqdan ölməməsinin səbəbi isə torpağın altına keçən az miqdardakı yağış suları olub.
Doğulduğu andan talesizliklə üzləşən körpənin tapılması isə sanki ayrı bir möcüzədir. Meşəlik sahədə ot toplamaya çıxan bir qadın körpənin ağlamasını eşitdikdən sonra qaçaraq bir Budist məbədinə gedib və bir rahiblə körpənin olduğu yerə gəlib. Bundan sonra körpə torpağın altından çıxarılıb.
Dodağı yarıq bir şəkildə dünyaya gəldiyi üçün ailəsinin tərk etdiyi körpənin sağlamlıq vəziyyəti bu an üçün yaxşıdır. Hadisə ilə əlaqədar aralarında körpənin nənəsinin də olduğu bir neçə qohum və ana-atası həbs olunsa da, dəlil çatışmazlığı səbəbi ilə sərbəst buraxılıblar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR