Ailəsi canavar hücumuna məruz qalmış Cəlilabad rayonunun Buravar kənd sakini narazılıq edib.
Vətəninfo.az-ın məlumatına görə, kənd sakini Yusif Şahmarov Trend-ə bildirib ki, dünən evlərinə hücum edən canavar 1 oğlunu - Vusal və 3 qızını - Əfsanə, Aygün, Aygülü yaralayıb. Yaralılara ilk tibbi yardım Ləkin kənd xəstəxanasının həkimləri tərəfindən göstərilib. Ancaq onlar bu gün dişləməyə qarşı vaksin vurdurmaq üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gediblər.
Y.Şahmarov deyib ki, yaralılara vaksin qan analizi aparılmadan vurulub: “Qızlarımdan biri hamilədir. Mən onlara dedim ki, analizi götürün, sonra vaksin vurun ki, birdən allergiya olar. Ancaq onlar bunun üçün pul istədilər. Həm də dedilər ki, vaksin çatışmır. Növbəti 3 və 7 gün ərzində yenidən vaksinlər vurulmalıdır. Ancaq indi növbəti vaksinlərin necə vurulacağını bilmirəm. Bunun üçün gərək yuxarı qurumlara şikayət edim”.
Xatırladaq ki, kənd sakini Y.Şahmarovun ailəsi dünən gecə canavar hücumuna məruz qalıb. Valideynlər təsərrüfat işləri ilə əlaqədar həyətdə olarkən uşaqlardan biri canavarın yaxınlaşdığını görüb və əlindəki vedrəni ona tərəf tullayaraq evə qaçıb. Canavar uşağın arxasınca evə girib, otaqda televizora baxan digər uşaqlara da hücum edib, uşaqlardan birini aparmağa çalışıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR