“Vətəninfo.az”ın məlumatına görə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə «Monte-Kristo» şadlıq sarayında əlil və sağlamlığı məhdud olan, İcma əsaslı reabilitasiya mərkəzində xidmət göstərilin, müxtəlif uşaq evlərində tərbiyə alan, həmçinin rayonun aztəminatlı ailələrinin uşaqları üçün əyləncəli bayram tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik edib, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulayıb. Bayramın tarixçəsindən danışan A.Əsgərov bildirib ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar.
Qeyd edək ki, tədbirdə populyar müğənnilər Azəri qızı Günel, Tunar, «Qala» qrupu və başqalarının ifasında konsert proqramı, şən rəqslərlə yanaşı, həm də uşaqlara təşkilatçılar tərəfindən hədiyyələr paylanıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR