Uşaqpulu artırıldı: 2025 manat... - Zelenskidən qərar

Uşaqpulu artırıldı: 2025 manat... - Zelenskidən qərar



Gələn ildən etibarən Ukrayna doğulan hər körpəyə görə ailələrə 50.000 qrivna (2025 manat) birdəfəlik ödəniş veriləcək.

Axar.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq qanunu imzalayıb.

Qanun layihəsi uşaqların doğulması və saxlanması ilə bağlı bir neçə növ nağd ödənişin artırılmasını nəzərdə tutur.

Xüsusilə, aşağıdakı dəyişikliklər edilir:

50.000 qrivna (2025 manat) – doğuş zamanı birdəfəlik yardım;

7.000 qrivna (283 manat) – sığortası olmayan hamilə qadınlar üçün doğuşdan əvvəlki dəstək;

7.000 qrivna (283 manat) – 1 yaşına qədər uşaqlar üçün baxım müavinəti;

8.000 qrivna (384 manat) – 2 yaşdan 3 yaşa qədər uşaqlara qulluq üçün "eYasla" proqramı.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az