Dövlət Film Fondunda kinooperator və kinorejissor Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub.
Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə çıxış edərək V. Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycan mədəniyyətindəki xidmətlərindən danışıblar.
Qeyd olunub ki, V. Kərimov kinooperator kimi 30-a qədər film çəkib. İlk böyük işi 1974-cü ildə çəkdiyi “Çarvadarların izi ilə” bədii televiziya filmidir.
Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda filmlər var. “Alma almaya bənzər”, “Yuxu”, “De ki, məni sevirsən”, “Qaladan tapılan mücrü”, “Arxadan vurulan zərbə”, “Qorxma, mən səninləyəm”, “Qızıl uçurum”, “Yarımçıq qalmış mahnı”, “Ötən ilin son gecəsi”, “Sürəyya” və s. ekran əsərləri V. Kərimovun operatorluğu ilə lentə alınıb.
Tədbirdə sənətkara həsr edilmiş fotosərgi, videoçarx və çəkdiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR